Formula 1: “Alpine” komandası pilotu Esteban Okon ilə müqaviləni yeniləyib
Formula 1 üzrə dünya çempionatında çıxış edən “Alpine” komandası pilotu Esteban Okon ilə müqavilənin müddətinin 2024-cü ilin sonunadək uzadıldığını açıqlayıb.

Komanda bu qərarı fransalı pilota olan güvəni ilə izah edib. E.Okon komanda ilə çalışmağa davam etməkdən məmnun olduğunu, birlikdə çalışaraq hədəfə çata biləcəklərinə əmin olduğunu bildirib: “Növbəti mövsümü səbirsizliklə gözləyirəm. Hazırda diqqətimizi bu mövsümə və qarşıdakı yarışlara yönəltmişik”.

Xəbər 374 dəfə oxundu.