“Zirə” klubu Türkiyədə 4 yoxlama oyunu keçirəcək
Bakının “Zirə” futbol komandasının mövsümlərarası hazırlıq planı müəyyənləşib.

Komanda məşqlərə iyunun 24-də start verəcək. Hazırlığın Bakı mərhələsi iyulun 16-dək davam edəcək. “Zirə” bu müddətdə 3 yoxlama oyunu keçirməyi planlaşdırır.

Hazırlığın növbəti mərhələsi isə iyulun 18-dən Türkiyədə gerçəkləşəcək. Avqustun 1-dək davam edəcək toplanış müddətində Bakı təmsilçisi 4 yoxlama matçı keçirəcək.

Xəbər 398 dəfə oxundu.