Buffon “Parma” ilə ikiillik müqavilə imzalayıb
İtaliyanın “Yuventus” futbol klubunun qapıçısı Canluici Buffon “Parma” komandasına keçib.

Qapıçı artıq klubla 2023-cü ilə qədər müqavilə imzalayıb. Futbolçunun yeni komandasının rəhbərliyi təcrübəli oyunçunu bu gün təqdim edəcək.

“Parma” son mövsümün nəticələrinə görə, A Seriyasından kənarda qalıb.

Xatırladaq ki, Buffon “Parma”nın yetirməsidir. Tanınmış futbolçu 1995-2001-ci illərdə klubda 160-dan çox oyun keçirib.

Xəbər 374 dəfə oxundu.