"Simurq" heyətinə yeni futbolçu qatıb
"Simurq" heyətinə yeni futbolçu qatıb. Komanda Bakının "İnter" klubuna məxsus Asif Mirilini icarə əsasında transfer edib. 21 yaşlı gənc yarımmüdafiəçi mövsümün sonuna qədər “sarı-qaralar”ın şərəfini qoruyacaq və "Simurq"da 14 nömrəli forma ilə mübarizə aparacaq.

Qeyd edək ki, 2004-cü ildən "İnter" klubunda karyerasını davam etdirən Asif Mirili 19 yaşlılardan ibarət Azərbaycan yığmasına da dəvət edilib.

Xəbər 983 dəfə oxundu.