Bakıda xüsusi olimpiyaçılar arasında florbol üzrə seçmə yarışlar keçiriləcək
İyunun 17-də Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksinin açıq hava meydançasında oğlanlar arasında florbol üzrə seçmə yarışlar keçiriləcək.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə keçiriləcək yarışda xüsusi, yardımçı məktəb və internatlardan 12 komanda iştirak edəcək.

Xüsusi Olimpiya proqramına uyğun keçiriləcək yarışda ümumilikdə 120 atlet mübarizə aparacaq.

Turnir 2022-ci ilin yanvarın 18-29-da Rusiyanın Kazan şəhərində keçiriləcək Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarına seçmə xarakteri daşıyır.

Xəbər 352 dəfə oxundu.