Azərbaycan triatlonçusu Rostislav Pevtsov “Tokio-2020”yə vəsiqə qazanıb
Azərbaycan triatlonçusu Rostislav Pevtsov “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Olimpiya reytinqində 46-cı olan idmançımız lisenziyanı təmin etməklə “Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.

Yekun Olimpiya təsnifat reytinqində xallar triatlonçuların Olimpiya təsnifat dövründə iştirak etdikləri və daha yüksək xallar topladıqları beynəlxalq turnirin nəticələrinə görə hesablanıb. Nəticədə lisenziyaların sahibləri buna əsasən müəyyənləşdirilib.

Beləliklə, R.Pevtsov “Rio-2016”dan sonra ikinci dəfə Olimpiya Oyunlarında iştirak hüququ qazanıb.

Xəbər 463 dəfə oxundu.