“Neftçi” klubu ulduz futbolçusu ilə yollarını ayırıb
Bakının “Neftçi” klubu ulduz futbolçusu Keysuke Honda ilə yollarını ayırıb.

35 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Bakı təmsilçisi yaponiyalı oyunçuya göstərdiyi xidmətə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, bu ilin martında “Neftçi”yə keçən Keysuke Honda 7 oyunda 2 qol vurub.

Xəbər 341 dəfə oxundu.