Xüsusi olimpiyaçılar atletika yarışlarında mübarizə aparacaqlar
Bu gün Şağan Olimpiya İdman Kompleksinin stadionunda atletika üzrə hazırlıq və yoxlama yarışları keçiriləcək.

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçiriləcək yarışlarda xüsusi, internat və tam orta məktəbin şagirdləri, məzunları və eyni zamanda, ailələrdən olan xüsusi olimpiyaçılardan ibarət komandalar iştirak edəcəklər.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil edilən turnirdə ümumilikdə 18 xüsusi, yardımçı məktəb və internatların, eyni zamanda 14 autizm təşkilatının yığmaları mübarizə aparacaqlar.

Turnir 2022-ci ildə keçiriləcək beynəlxalq yarışlara hazırlıq məqsədilə təşkil edilir.

Xəbər 334 dəfə oxundu.