Güləşçimiz Musa Verdiyev Avropa çempionatında ikinci olub
Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

Turnirdə 48 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Musa Verdiyev mübarizəyə dörddəbir finaldan qoşulub. Güləşçimiz startda Moldova təmsilçisinə heç bir şans tanımayıb. M.Verdiyev yarımfinalda ukraynalı rəqibini tam üstünlüklə məğlub edərək finala vəsiqə qazanıb. İyunun 15-də baş tutan həlledici görüşdə rusiyalı güləşçi ilə bacarmayan M.Verdiyev gümüş medalı boynundan asıb.

Xəbər 353 dəfə oxundu.