Bakıda Danimarka milli komandasının futbolçusu Kristien Eriksenə dəstək nümayiş olunub
"Avro-2020"nin Bakıda keçirilən oyunlarının Yerli Əməliyyat Qrupunun əməkdaşları və turnirin könüllüləri iyunun 15-də Danimarka milli komandasının futbolçusu Kristien Eriksenə dəstək nümayiş etdiriblər.

Bakı Olimpiya Stadionunun qarşısında “STAY STRONG, ERİKSEN! From Baku with love” (Möhkəm ol, Eriksen! Bakıdan sevgilərlə) yazısı olan banner açılıb.

Xatırladaq ki, "Avro-2020"nin B qrupu çərçivəsində iyunun 12-də keçirilən Danimarka – Finlandiya oyununun gedişində Kristien Eriksenin səhhətində ciddi problem yaranmış, futbolçu ilkin tibbi yardımdan sonra birbaşa xəstəxanaya təxliyə olunmuşdu.

Xəbər 331 dəfə oxundu.