Futzal üzrə Yüksək Liqada "transfer pəncərəsi" iyulda açılacaq
Futzal üzrə Yüksək Liqada 2021-2022-ci il mövsümünə sentyabrın 9-da start veriləcək.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, komandalar oyunçuların transferini və qeydiyyatını iyulun 5-dən sentyabrın 22-dək həyata keçirə biləcəklər.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarında məşq edə və ya oyun keçirə bilərlər.

Xəbər 351 dəfə oxundu.