Avropa Gimnastikasının rəhbəri Fərid Qayıbov Beynəlxalq Gimnastika Federasiyasının prezidenti vəzifəsinə namizəddir
Avropa Gimnastikasının rəhbəri Fərid Qayıbov Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidentliyinə namizəddir.

Beynəlxalq quruma prezident seçkiləri noyabrın 6-da Antalyada təşkil olunacaq konqres çərçivəsində keçiriləcək.

F.Qayıbov ilə yanaşı, hazırkı prezident Morinari Vatanabe də namizədliyini irəli sürüb.

Seçiləcək yeni prezident 2022-ci il yanvarın 1-dən üç il müddətinə FIG-yə rəhbərlik edəcək.

Xəbər 360 dəfə oxundu.