“Avro-2020”: Uels yığması Türkiyə ilə oyundan əvvəl son məşqinə çıxıb
“Avro-2020”nin A qrupu çərçivəsində iyunun 16-da Bakı Olimpiya Stadionunda Türkiyə millisi ilə qarşılaşacaq Uels yığmasının oyundan əvvəl son məşqi olub.

Baş məşqçi Robert Peycin yetirmələri hazırlıq prosesini Tofiq Bəhramov adına Respublika stadionunda keçiriblər.

Türkiyə-Uels matçı iyunun 16-da saat 20:00-da başlayacaq.
Birinci turda Türkiyə millisi İtaliya seçməsinə 0:3 hesabı ilə məğlub olub. İsveçrə-Uels oyununda isə qalib müəyyənləşməyib - 1:1.

Bakı Olimpiya Stadionu, həmçinin iyunun 20-də Türkiyə - İsveçrə, iyulun 3-də isə dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.


Xəbər 335 dəfə oxundu.