"Neftçi"nin Çempionlar Liqasında rəqibi bəlli oldu | |
"Neftçi"nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olub. İsveçrənin Nyon şəhərindəki tədbirdə səpələnməmişlər səpətində yer alan ölkə çempionu "Dinamo" (Tbilisi, Gürcüstan) ilə üz-üzə gələcək. Flaqman ilk oyununu səfərdə keçirəcək. Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq. |
|
Xəbər 336 dəfə oxundu. |
|
|