Nicat Abasov Praqa şahmat festivalının “Masters” turnirində ikinci turda mübarizə aparacaq
İyunun 15-də Çexiyada Azərbaycan şahmatçısı Nicat Abasovun da qatıldığı ənənəvi Praqa şahmat festivalının əsas yarışının - "Masters" turnirinin ikinci turunun oyunları keçiriləcək.

İkinci turda şahmatçımızın rəqibi isveçli Nils Qrandelius olacaq. Turun digər oyunlarında polşalı şahmatçılar Yan-Kşıştof Duda ABŞ təmsilçisi Sem Şenkland, Radoslav Voytaşek çexiyalı şahmatçı David Navara ilə qarşılaşacaqlar. Çexiyanın digər şahmatçısı Tay Dan Van Nquyen isə niderlandlı Jorden Van Forest ilə üz-üzə gələcək.

Qeyd edək ki, şahmatçımızın birinci turdakı qarşılaşması heç-heçə ilə başa çatıb. Turnir 7 turdan ibarətdir.

Xəbər 339 dəfə oxundu.