Nicat Abasovun "Masters" turnirində ilk qarşılaşması heç-heçə ilə başa çatıb
Çexiyada Azərbaycan şahmatçısı Nicat Abasovun da qatıldığı ənənəvi Praqa şahmat festivalının əsas yarışının - "Masters" turnirinin birinci turunun oyunları keçirilib.

Şahmatçımızın birinci turda niderlandlı Jorden Van Forestlə qarşılaşması heç-heçə ilə başa çatıb.

Turnirin digər oyunlarında polşalı Yan-Kşıştof Duda Çexiya təmsilçisi David Navaraya qalib gəlib, onun həmyerlisi Radoslav Voytaşek isə digər çexiyalı şahmatçı Tay Dan Van Nquyen ilə heç-heçə edib. ABŞ təmsilçisi Sem Şenkland isveçli Nils Qrandelius qarşılaşması da bərabərlik şəraitində başa çatıb.

Turnir 7 turdan ibarətdir.

Xəbər 570 dəfə oxundu.