Uels yığmasının futbolçuları Bakıda gəzintiyə çıxıblar
"Avro-2020"nin A qrupunda mübarizə aparan, iyunun 16-da Bakı Olimpiya Stadionunda Türkiyə millisi ilə qarşılaşacaq Uels yığmasının üzvləri şəhər gəzintisinə çıxıblar.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, gəzinti zamanı komandanın üzvlərinə Bakı və Azərbaycan barədə məlumat verilib, uelsli futbolçular paytaxtımızın simasında tarixi ənənələr və müasirliyin vəhdətinin canlı şahidi olublar.

Uels Futbol Assosiasiyası gəzinti ilə bağlı sosial media hesablarında paylaşım edib.

Xəbər 314 dəfə oxundu.