AFFA-nın icraçı vitse-prezidenti Türkiyə Futbol Federasiyasının baş katibi ilə görüşüb
İyunun 14-də Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Türkiyə Futbol Federasiyasının (TFF) baş katibi Kadir Kardaşla görüşüb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, E.Məmmədov "Avro-2020" çərçivəsində Türkiyə milli komandasının Bakıda keçiriləcək oyunları ilə əlaqədar paytaxtımızda səfərdə olan TFF nümayəndələrini salamlayıb, qarşıdakı oyunlarda uğurlar arzulayıb.
K.Kardaş görüşə və xoş arzulara görə minnətdarlığını bildirib.

Xatırladaq ki, "Avro-2020"nin A qrupu çərçivəsində Türkiyə millisi iyunun 16-da Uels, iyunun 20-də isə İsveçrə yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək hər iki oyun saat 20:00-da başlayacaq.

Xəbər 295 dəfə oxundu.