Velosiped yarışı üzrə muxtar respublika açıq birinciliyi başa çatıb
15 İyun – Milli Qurtuluş Gününə həsr olunan yarış Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi istiqamətinə gedən yolun 8000 metrlik məsafəsini əhatə edib.

Gənclər və İdman Nazirliyi ilə Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən birgə təşkil olunan birincilikdə 9 idmançı iştirak edib. Yarış hava və ekstremal idman növlərinin təbliği, inkişafı, bu sahədə kütləviliyə nail olunması, gənclərin velosiped idman növünə olan marağının artırılması və asudə vaxtın səmərəli təşkili məqsədilə keçirilib.

Yekun nəticələrə görə, Elvin Mikayılzadə təyin olunan məsafəni digərlərindən daha tez qət edərək birinci pilləyə sahib çıxıb. Qoşunəli Abdullayev və Əzəmət Hümbətzadə finişə müvafiq ardıcıllıqla çatmaqla yarışı ikinci, üçüncü sıralarda tamamlayıblar.

Sonda idmançılara diplom, fəxri fərman və hədiyyələr təqdim edilib.

Xəbər 390 dəfə oxundu.