Nicat Abasov Praqa şahmat festivalının “Masters” turnirində mübarizə aparır
İyunun 14-də Çexiyada ənənəvi Praqa şahmat festivalı start götürüb.

Festivalın əsas yarışında - "Masters" turnirində səkkiz şahmatçı mübarizə aparır. Ölkəmizi bu mötəbər yarışda yığma komandamızın üzvü Nicat Abasov təmsil edir.

Turnirdə, həmçinin Çexiya təmsilçiləri David Navara, Tay Dan Van Nquyen, polşalı Yan-Kşıştof Duda, Radoslav Voytaşek, niderlandlı Jorden Van Forest, ABŞ təmsilçisi Sem Şenkland və isveçli Nils Qrandelius mübarizə aparırlar.

N.Abasov turnirin birinci turunda Jorden Van Forestlə qarşılaşır.

Xəbər 342 dəfə oxundu.