Teymur Rəcəbov Buxarestdə təşkil olunan “Superbet Chess Classic” turnirində Levon Aronyan ilə heç-heçə edib
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan “Superbet Chess Classic” turnirində sonuncu görüşünü keçirib.

34 yaşlı qrossmeyster Ermənistan təmsilçisi Levon Aronyan ilə qarşılaşıb. Qara fiqurlarla oynayan Rəcəbov 14-cü gedişdə rəqibi ilə heç-heçəyə razılaşıb.

Qeyd edək ki, Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov hazırda fransalı Maksim Vaşye-Laqrav ilə qarşılaşır. Aktivində 5,5 xal olan şahmatçımıza turnirin qalibi olması üçün heç-heçə də kifayət edir.

Xəbər 363 dəfə oxundu.