"Avro-2020": Macarıstan-Portuqaliya matçı türkiyəli hakimlər briqadasına həvalə olunub
Futbol üzrə Avropa çempionatının F qrupu çərçivəsində keçiriləcək Macarıstan-Portuqaliya matçı türkiyəli hakimlər briqadasına həvalə olunub.

Qarşılaşmanın baş hakimi Cüneyt Çakır olacaq.

Referiyə Bahattin Duran və Tarık Ongun kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə isveçrəli Sandro Şkarer yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 15-də Budapeştdəki "Puşkaş Arena"da təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xəbər 360 dəfə oxundu.