Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşacaq | |
Tbilisidə təlim-məşq toplanışını davam etdirən qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün növbəti yoldaşlıq oyununu keçirəcək. Yerli vaxtla saat 19:00-da başlayacaq qarşılaşmada komandamız Gürcüstan millisi ilə üz-üzə gələcək. Xatırladaq ki, bu komandalar arasında iyunun 11-də keçirilən ilk qarşılaşma 3:2 hesabı ilə Gürcüstan millisinin xeyrinə nəticələnmişdi. |
|
Xəbər 383 dəfə oxundu. |
|
|