AVRO-2020: Bu gün daha 3 oyun keçiriləcək | |
Bu gün futbol üzrə Avropa çempionatında daha 3 oyun keçiriləcək. Qarşılaşmaların ikisi C, biri isə D qrupunda baş tutacaq. Günün ilk matçı D qrupunda İngiltərə və Xorvatiya yığmaları arasında olacaq. Londondakı "Uembli" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. C qrupunda Avstriya Şimali Makedoniya ilə, Niderland isə Ukrayna ilə üz-üzə gələcək. İlk qarşılaşma Rumıniyanın paytaxtı Buxarestdəki "Milli Arena"da, ikinci oyun isə Amsterdamdakı "Yohan Kroyf Arena"da gerçəkləşəcək. Görüşlər müvafiq olaraq Bakı vaxtı ilə saat 20:00 və 23:00-da start götürəcək. Avropa çempionatı C qrupu, I tur 20:00. Avstriya - Şimali Makedoniya 23:00. Niderland - Ukrayna D qrupu 17:00. İngiltərə - Xorvatiya Qeyd edək ki, A qrupunun İsveçrə - Uels matçına (1:1) ev sahibliyi edən Bakı Olimpiya Stadionunda Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmaları, eləcə də 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək. |
|
Xəbər 373 dəfə oxundu. |
|
|