“Avro-2020”: Danimarka - Finlandiya oyunu dayandırılıb
Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka - Finlandiya matçının birinci hissəsinin sonlarında danimarkalı futbolçu Kristian Eriksen huşunu itirərək yıxılıb.

Bir müddət meydanda tibbi yardım göstərilən Eriksen daha sonra xəstəxanaya aparılıb.

UEFA-nın yaydığı məlumata görə, onun vəziyyəti sabitləşib.

Xəbər 312 dəfə oxundu.