“Avro-2020”: Türkiyə millisi Bakıya gəlib
“Avro-2020”nin A qrupunun ikinci oyununu Bakıda keçirəcək Türkiyə millisi Azərbaycana gəlib.

"Ay-ulduzlular" az öncə ölkəmizə təşrif buyurub.

Qeyd edək ki, açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması qrupdakı son iki görüşünü Bakı Olimpiya Stadionunda oynayacaq. Şenol Güneşin baş məşqçiliyi ilə iyunun 16-da Uelslə qarşılaşacaq kollektiv, dörd gün sonra İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.

Xəbər 256 dəfə oxundu.