“Avro-2020”: Bakı Olimpiya Stadionunda ilk qol vurulub
İyunun 12-də futbol üzrə 16-cı Avropa çempionatının Bakı Olimpiya Stadionunda keçirilən birinci oyununda – Uels – İsveçrə matçında ilk qol vurulub.

Bakı Olimpiya Stadionunda İsveçrə millisinin hücumçusu Breel Embolo adını tabloya yazdırıb. Matçın 49-cu dəqiqəsində künc zərbəsindən hava ötürməsini başla dəqiq zərbə ilə tamamlayan futbolçu Bakıda vurulan ilk qolun müəllifi olub.

Xəbər 339 dəfə oxundu.