Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşıb
Tbilisidə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.

Gürcüstan millisi ilə qarşılaşan komandamız 2:3 hesabı ilə məğlub olub.

Millimizin heyətində 65-ci dəqiqədə penaltidən Aysun Əliyeva və 90+4-cü dəqiqədə Ayşən Əhmədova fərqləniblər. Bu komandalar arasında növbəti oyun iyunun 14-də keçiriləcək

Xəbər 358 dəfə oxundu.