BMT-nin sabiq baş katibi Pan Gi Mun yenidən BOK-un Etika Komissiyasının sədri vəzifəsinə seçiləcək
BMT-nin keçmiş baş katibi Pan Gi Mun yenidən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Etika Komissiyasının sədri vəzifəsinə seçiləcək.

Bu barədə BOK-un İcraiyyə Komitəsinin iclasından sonra təşkilatın rəhbəri Tomas Bax məlumat verib.

O qeyd edib ki, İcraiyyə Komitəsi BMT-nin səkkizinci baş katibi Pan Gi Munun 2017-ci ildən çalışdığı BOK-un Etika Komissiyasına yenidən seçilməsini təklif edib.

Bu vəzifəyə yenidən seçilmək üçün Pan Gi Munun namizədliyi BOK sessiyası tərəfindən dəstəklənməlidir. BOK-un növbəti iclası iyulun 20-21-də Tokioda keçiriləcək.

Pan Gi Mun 2007-ci ildən 2016-cı ilədək BMT-nin baş katibi vəzifəsində çalışıb.

Xəbər 329 dəfə oxundu.