AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Uels Futbol Assosiasiyasının rəhbəri ilə görüşüb
İyunun 11-də Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Uels Futbol Assosiasiyasının prezidenti Kieran O`Konnorla görüşüb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, E.Məmmədov “Avro-2020”də iştirak etmək üçün Bakıya gələn Uels milli komandasını və nümayəndə heyətini salamlayıb və uğurlar arzulayıb.

K.O`Konnor səmimi görüşə və xoş arzulara görə minnətdarlığını bildirib, təşkilati işlərdən razılığını ifadə edib.

Xəbər 343 dəfə oxundu.