Uels millisi Bakıda ilk oyun öncəsi son məşqinə çıxdı
AVRO-2020-nin A qrupunda Bakı Olimpiya Stadionunda (BOS) İsveçrə millisi ilə qarşılaşacaq Uels yığması oyun öncəsi son məşqinə çıxıb.

Baş məşqçi Robert Peycin rəhbərliyi altındakı hazırlıq prosesi Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub.

Sabah keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, BOS bu oyunla yanaşı, Türkiyə - Uels, Türkiyə - İsveçrə, eləcə də bir 1/4 final mərhələsinin 1 matçına ev sahibliyi edəcək.

"Report"

Xəbər 325 dəfə oxundu.