Dünya çempionatı: Daha bir cüdoçumuz yarışı medalsız başa vurub
Budapeştdə keçirilən dünya çempionatında daha bir cüdoçumuz mübarizə aparıb.

100 kq çəki dərəcəsində çıxış edən Elmar Qasımov onaltıdabir finalda gürcüstanlı İliya Sulamanidze ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan E.Qasımov yarışda mübarizəni dayandırıb.

Bundan əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb. Yığmamızın digər üzvləri Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) isə beşinci pillədə qərarlaşıblar.

Tokio Olimpiadasına lisenziya xarakterli yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.

Xəbər 347 dəfə oxundu.