Yeniyetmələr arasında atletika üzrə Azərbaycan birinciliyinə start verilib
İyunun 11-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2006-2007-ci il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə ölkə birinciliyinə start verilib.

Yarışda 8 komandanın heyətində 100-dən çox atlet iştirak edir.

Çempionatda atletlər 100, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4x100 metr məsafəyə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə, lövhə atma, nizə atma yarışlarında qüvvələrini sınayacaqlar.


Xəbər 424 dəfə oxundu.