"Sumqayıt" futbolçusu ilə müqaviləni uzatdı
2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib.

Təcrübəli yarımmüdafiəçi Elvin Məmmədov növbəti mövsümdə də komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, “Sumqayıt”ın heyətində ümumilikdə 33 oyun keçirən Elvin Məmmədov 2 dəfə qol vurmağa nail olub. E.Məmmədov həmçinin Azərbaycanın U-21 və əsas millilərində də çıxış edib.

Xəbər 321 dəfə oxundu.