“Qəbələ” klubu “Gənclər kuboku”nun qalibi olub
AFFA tərəfindən təşkil edilən futbol üzrə “Gənclər kuboku”nun qalibi müəyyənləşib.

ASCO Arenada keçirilən final oyununda “Sabah” və “Qəbələ” komandaları üz-üzə gəliblər.

Qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Qalibi müəyyən etmək üçün 15 dəqiqədən ibarət 2 hissə oynanılıb. Əlavə edilmiş birinci hissədə hesabı açan “Qəbələ” yekunda 1:0 hesabı ilə qələbə qazanaraq “Gənclər kuboku”nun qalibi olub.

Mükafatlandırma mərasimində veteran futbolçular Vəli Qasımov, Cahangir Həsənzadə və Fərrux İsmayılov iştirak edib. Qələbə qolunun müəllifi Mehrac Baxşəli final oyunun ən yaxşı oyunçusu, “Sabah”ın üzvü Abdulla Rzayev isə kubok yarışının ən məhsuldar futbolçusu kimi xüsusi mükafatla təltif edilib.

Xəbər 284 dəfə oxundu.