Şahmatçımız Günay Məmmədzadə “Gelfand Challenge” turnirində mübarizəyə başlayıb
Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də qatıldığı “Julius Baer Challengers Chess Tour” turnirinin "Gelfand Challenge" adlı ikinci mərhələsi start götürüb.

Şahmatçımız gün ərzində beş turda mübarizə aparacaq. O, Dinara Saduakasova (Qazaxıstan), Kristofer Yu (ABŞ), Dommaraj Qukeş (Hindistan), Olqa Badelka (Belarus) və Nurgül Səlimova (Bolqarıstan) ilə qarşılaşacaq.

Turnirdə hər birində 10 şahmatçı olmaqla iki komanda mübarizə aparır. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir.

Qeyd edək ki, “Julius Baer Challengers Chess Tour” çərçivəsində daha 3 turnir keçiriləcək. Yarışın final mərhələsinin oyunları sentyabrın 9-13-də baş tutacaq.

Xəbər 405 dəfə oxundu.