“Grand Chess Tour”: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov altıncı turda mübarizə aparacaqlar
İyunun 10-da Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin altıncı turunun oyunları keçiriləcək.

Rumıniyada keçirilən turnirin növbəti turunda Ş. Məmmədyarov ermənistanlı Levon Aronyanla üz-üzə gələcək. Teymur Rəcəbovun rəqibi isə yerli idmançı Boqdan-Daniel Dyak olacaq.

Turun digər oyunlarında Rumıniyanın daha bir təmsilçisi Konstantin Lupulesku Aleksandr Qrişuk (Rusiya), ABŞ təmsilçisi Uesli So niderlandlı Aniş Giri, onun həmyerlisi Fabiano Karuana isə fransalı Maksim Vaşye-Laqrav ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, Ş.Məmmədyarov 3 xalla turnir cədvəlində U.So və A.Qrişuk ilə birgə ilk üç yeri bölüşür. Ondan yarım xal geri qalan T.Rəcəbov isə 4-7-ci sıradadır.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

Xəbər 349 dəfə oxundu.