“Sumqayıt” cari mövsümdə də baş məşqçi Ayxan Abbasovun rəhbərliyi ilə meydançaya çıxacaq
“Sumqayıt” futbol klubunun baş məşqçisi təyin olunan Ayxan Abbasovla yeni müqavilə imzalanıb.

39 yaşlı A.Abbasov növbəti mövsümdə də bu komandanın məşqçisi olacaq. Komanda Ayxan Abbasovun rəhbərliyi altında 80 oyun keçirib. "Sumqayıt” bu qarşılaşmalardan 26 qələbə, 22 heç-heçə və 32 məğlubiyyətlə ayrılıb.

Komandanın qazandığı tarixi uğurlarda Ayxan Abbasovun da böyük payı var. Belə ki, “Sumqayıt” onun rəhbərliyi ilə ilk dəfə Azərbaycan Premyer Liqasının mükafatçıları sırasına düşüb (3-cü yer), 2 dəfə Azərbaycan Kubokunun finalında iştirak edib, 2 dəfə isə avrokuboklara vəsiqə qazanıb.

Xəbər 347 dəfə oxundu.