"Qarabağ Azərbaycandır" futbol turnirinin püşkü atılıb
Azərbaycan İdman Jurnalistləri Federasiyasının ofisində "Qarabağ Azərbaycandır" mini-futbol turnirinin püşkü atılıb.

8 komanda iki qrupa bölünüb. A qrupunda "Cəbrayıl", "Laçın" "Füzuli" və "Qubadlı", B qrupunda isə "Kəlbəcər", "Ağdam", "Şuşa" və "Zəngilan" kollektivləri yer alıb.

Oyunlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçiriləcək.

Turnirə iyunun 11-də "Cəbrayıl" - "Qubadlı" və "Kəlbəcər" - "Zəngilan" matçları ilə start veriləcək. Saat 11:00-da isə açılış mərasimi keçiriləcək.

Turnirin final oyunu 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günündə olacaq.

Jurnalistlərin rahatlığını təmin etmək məqsədilə, açılış günü və ilk tur istisna olmaqla, qalan digər oyunlar qeyri-iş günlərində təşkil ediləcək.

Qalibin məhz 26 iyun - Silahlı Qüvvələr Günündə müəyyən edilməsi də “Qarabağ Azərbaycandır!” turniri üçün mühüm məna kəsb edir.

Püşkdən sonra qruplar aşağıdakı kimi formalaşıblar.

A Qrupu

1. Cəbrayıl
2. Laçın
3. Füzuli
4. Qubadlı


B Qrupu

1. Kəlbəcər
2. Ağdam
3. Şuşa
4. Zəngilan

1-ci tur. 11 iyun, cümə

10.00 – Cəbrayıl – Qubadlı, Kəlbəcər – Zəngilan
11.00 – Açılış mərasimi
12.00 – Laçın – Füzuli, Ağdam – Şuşa


2-ci tur. 13 iyun, bazar

10.00 – Cəbrayıl – Füzuli, Laçın - Qubadlı
11.00 – Kəlbəcər – Şuşa, Ağdam – Zəngilan


3-cü tur. 15 iyun, çərşənbə axşamı (qeyri-iş günü)

10.00 – Cəbrayıl – Laçın, Füzuli - Qubadlı
11.00 – Kəlbəcər – Ağdam, Şuşa – Zəngilan


Yarımfinallar. 19 iyun

10.00 – A qrupunun 1-cisi – B qrupunun 2-cisi
11.00 – B qrupunun 1-cisi – A qrupunun 2-cisi

Həlledici oyunlar. 26 iyun (Saatlar dəyişdirilə bilər)

10.00 – 3-cü yer uğrunda qarşılaşma
11.00 – Final
12.00 – Mükafatlandırma

Xəbər 414 dəfə oxundu.