Gülnar Məmmədova nüfuzlu “FIDE Women Speedchess” turnirində iştirak edəcək
Qadınlar arasında kiçik dünya çempionatı hesab olunan “FIDE Women Speedchess” onlayn şahmat superturnirinin bütün iştirakçıları məlum olub.

İyunun 10-da start götürəcək və dünyanın demək olar bütün güclü qadın şahmatçılarının iştirak edəcəyi yarışda Azərbaycan da təmsil olunacaq. Bu, yarışın seçmə mərhələsini uğurla başa vuran Azərbaycanın son çempionu Gülnar Məmmədovadır. Qeyd edək ki, yarışda G.Məmmədovadan başqa daha 15 şahmatçı mübarizə aparacaq. Bunlar FIDE tərəfindən xüsusi dəvət olunan Çin şahmatçıları Yifan Hou, Ley Tinqji, hindistanlı Humpi Koneru, rusiyalılar Katerina Laqno və Aleksandra Kostenyuk, Ukrayna şahmatçısı Anna Muzıçuk, Bolqarıstan təmsilçisi Antoaneta Stefanova və ABŞ-ı təmsil edən İrina Kruşdur. Dəvətli şahmatçılardan başqa Gülnar Məmmədova kimi seçmə mərhələni uğurla başa vuran hindistanlılar Harika Dronavalli və Vayşali Rameşbabu, rusiyalı Valentina Qunina, ukraynalı Yuliya Osmak, Peru şahmatçısı Deysi Kori, gürcü Nana Dzaqnidze və qazaxıstanlı Bibisara Assubayeva iştirak edəcəklər.

Xəbər 357 dəfə oxundu.