Bakı şəhər halqasındakı baryer və tikililərin aradan qaldırılması istiqamətində işlər sürətlə davam etdirilir
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Formula 1 yarışı ilə əlaqədar trek ətrafında müvəqqəti quraşdırılmış baryer və tikililərin aradan qaldırılması istiqamətində işləri sürətlə davam etdirir.

Piyadalar üçün quraşdırılmış yerüstü keçidin sökülməsi məqsədilə İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsi nəqliyyatın hərəkəti üçün iyunun 9-u gecə saat 23:00-dan iyunun 10-u səhər saat 06:00-dək fasiləli şəkildə bağlı olacaq.

Sürücülərdən xahiş olunur ki, sözügedən saatlarda alternativ yollardan istifadə etsinlər və söküntü işlərinin aparıldığı yerlərdə avtomobillərini parklamasınlar.

Xəbər 378 dəfə oxundu.