“Grand Chess Tour”: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov beşinci turda mübarizə aparırlar
İyunun 9-da “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin beşinci turunun oyunları keçirilir.

Rumıniyada keçirilən turnirdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov Rumıniya təmsilçisi Konstantin Lupulesku, Teymur Rəcəbov isə Aleksandr Qrişuk (Rusiya) ilə qarşılaşırlar.

Turun digər oyunlarında ABŞ təmsilçisi Fabiano Karuana niderlandlı Aniş Giri, onun həmyerlisi Uesli So Rumıniyanın digər şahmatçısı Boqdan-Daniel Dyak, fransalı Maksim Vaşye-Laqrav erməni Levon Aronyan ilə mübarizə aparırlar.

Qeyd edək ki, şahmatçılarımız ötən turları heç-heçə ilə başa vurublar.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

Xəbər 367 dəfə oxundu.