"Sumqayıt" baş məşqçisi ilə bağlı qərarını açıqladı
"Sumqayıt" klubu baş məşqçisi Ayxan Abbasovla müqavilənin müddətini uzadıb.

40 yaşlı mütəxəssis növbəti mövsümdə də komandanın sükanı arxasında olacaq.

Qeyd edək ki, Ayxan Abbasovun rəhbərliyi altında 80 oyun keçirən “Sumqayıt” həmin qarşılaşmalarda 26 qələbə, 22 heç-heçə və 32 məğlubiyyət əldə edib.

Komanda onun rəhbərliyi ilə ilk dəfə Azərbaycan Premyer Liqasının mükafatçıları sırasına düşüb (3-cü yer), 2 dəfə Azərbaycan Kubokunun finalında iştirak edib, 2 dəfə isə avrokuboklara vəsiqə qazanıb.

"Report"

Xəbər 346 dəfə oxundu.