Formula 1 Azərbaycan Qran-Prisi ərəb mətbuatının diqqət mərkəzindədir
İyunun 4-6-da Bakıda keçirilmiş Formula 1 Azərbaycan Qran-Prisi ərəb KİV-lərinin diqqət mərkəzindədir.

Birləşmiş Ərəb Əmirliklərinin “Abu Dabi Sport”, “Əl Cəzirə”, Misirin “Nile Sport”, “Oman Sport” televiziya kanalları maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən Azərbaycan Qran-Prisi haqqında geniş reportajlar yayımlayıblar.

Ərəb ölkələrinin qəzetləri və informasiya agentlikləri də Formula 1 Azərbaycan Qran-Prisi barədə silsilə materiallar dərc ediblər. Misirin MENA, Səudiyyə Ərəbistanının SPA, Bəhreynin BNA agentlikləri yarışlar haqqında xəbərlər yayımlayıblar. Bundan başqa, “Əl Əhram”, “Saudi Gazette”, “The Daily Tribune – News of Bahrain” nəşrlərində yürüşün detalları haqqında xəbərlər və pilotların müsahibələri dərc olunub.

Xəbər 368 dəfə oxundu.