Dünya çempionatında daha iki cüdoçumuz mübarizəyə qoşulub
İyunun 9-da Budapeştdə keçirilən dünya çempionatında daha iki cüdoçumuz mübarizəyə qoşulub.

Bugünkü yarışlarda 81 kiloqram çəki dərəcəsində Zelim Tçkayev qabonlu Terense Kuamba, Murad Fətiyev yeni zelandiyalı Elliott Konnolli ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, komandamızın aktivində 1 medal var. Turnirin birinci günündə kişilər arasında mübarizə aparan Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.

Tokio Olimpiadasına lisenziya xarakterli yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.

Xəbər 373 dəfə oxundu.