Polşa milli komandası "Avro-2020" öncəsi itki ilə üzləşib
Futbol üzrə Polşa milli komandası "Avro-2020" öncəsi itki ilə üzləşib.

Yığmanın hücumçusu Arkadiuş Milik zədə səbəbindən Avropa çempionatında iştirak edə bilməyəcək. Futbolçunun bərpa prosesi davam etsə də, onun "Avro-2020"nin matçlarınadək tam formada ola bilməyəcəyi açıqlanıb.

Milik Polşa yığmasının heyətində 59 oyun keçirib və 15 qol vurub.

"Avro-2020" ötən il təşkil olunmalı idi. Koronavirus pandemiyası səbəbindən təxirə salınan turnir bu il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Polşa millisi Avropa çempionatının qrup mərhələsində İspaniya, Slovakiya və İsveç yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda "Avro-2020"nin "A" qrupunun Uels-İsveçrə (12 iyun), Türkiyə-Uels (16 iyun) və Türkiyə-İsveçrə (20 iyun) oyunları, həmçinin dörddəbir final mərhələsinin bir matçı (3 iyul) təşkil olunacaq.

Xəbər 333 dəfə oxundu.