"Qarabağ" daha 2 futbolçusu ilə bağlı qərar verdi
“Qarabağ” futbolçuları Abbas Hüseynov və Rahil Məmmədovun müqavilə müddətini uzadıb.

Azsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçilər iki illik yeni sözləşməyə imza atıb.

Qeyd edək ki, Ağdam təmsilçisi daha əvvəl Maksim Medvedev, Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Qara Qarayevlə müqaviləni uzadıb.

Xəbər 349 dəfə oxundu.