Karateçilərimiz lisenziya turnirinə yollandı
Azərbaycan karateçiləri Fransanın paytaxtı Parisdə keçiriləcək olimpiya lisenziyalı turnirə yollanıb.

Qurumun prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 6 idmançı yer alıb.

Olimpiya vəsiqələri uğrunda Firdovsi Fərzəliyev (67 kq), Asiman Qurbanlı (+75 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), eləcə də Roman Heydərov və Neda Rezai (hər ikisi kata) mübarizə aparacaq.

Tokio olimpiadasını idarə etməyə seçilən 15 hakimdən biri, Avropa Hakimlər Komitəsinin (EKF) üzvü Cahangir Babayev Dünya Karate Federasiyasının (WKF) xüsusi dəvəti ilə yarışda hakimlik edəcək.

Xəbər 359 dəfə oxundu.