"Keşlə" 3 futbolçu ilə müqavilə imzaladı
"Keşlə" futbolçusu Azər Salahlı ilə müqavilənin müddətini uzadıb.

Azsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin 27 yaşlı müdafiəçisi daha 1 il paytaxt təmsilçisinin formasını geyinəcək.

Bundan başqa, "Neftçi”dən icarəyə götürülmüş Rəhman Hacıyev və Turan Vəlizadə ilə 1 illik yeni sözləşmə imzalanıb.

Xəbər 367 dəfə oxundu.