Boksçumuz Avropa Olimpiya Təsnifat Turnirinin qalibi oldu
Azərbaycan boksçusu Alfonso Dominges Fransada keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin qalibi olub.

81 kq çəki dərəcəsində mübarizə aparan idmançı döyüşə çıxmadan çempion tituluna yiyələnib.

Buna rəqibi – Benjamin Uitakerin (Böyük Britaniya) final qarşılaşmasından imtina etməsi səbəb olub.

Beləliklə, Avropa Olimpiya Təsnifat Turniri yığma üçün başa çatıb. Yarışı Alfonso Dominqes qızıl, Lorenzo Sotomayorla (69 kq) Məhəmməd Abdullayev (+91 kq) bürünc medalla bitirib.

Həmçinin onlarla yanaşı, Tayfur Əliyev (57 kq) və Cavid Çələbiyev (63 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

5 vəsiqə qazanan milli yalnız Böyük Britaniya və Rusiya Olimpiya Komitəsindən geri qalıb. Bu iki ölkə 7 lisenziya qazanıb. Ümumilikdə isə turnirdə 18 ölkə Tokio-2020 üçün lisenziyaya sahib çıxıb.

"Report"

Xəbər 388 dəfə oxundu.